Şiddətli qasırğa nəticəsində Alabama ştatında 6 nəfər həlak olub
ABŞ-ın Alabama, Missisipi və Luiziana ştatlarında qasırğa baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, şiddətli qasırğa nəticəsində Alabama ştatında 6 nəfər həlak olub.
Missisippi ştatının qubernatoru Tate Reeves bölgədə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
Luiziana ştatında da 300 binaya böyük ziyan dəydiyi bildirilir. Ştatın Monroe şəhərinin bələdiyyə sədri Ceymi Mayo şəhərdə təcili vəziyyət elan edildiyini açıqlayıb. Monroe Regional Hava Limanının direktoru Ron Fillips də qasırğanın vurduğu zərərlərə görə, Hava Limanında müvəqətti olaraq bütün uçuşların ləğv edildiyini bəyan edib.
Qeyd edək ki, ABŞ tarixində ilk dəfə olaraq koronavirus pandemiyasına görə ümumi fəlakət elan edilib. Birləşmiş Ştatlar COVID-19 pandemiyasının ən güclü yayıldığı ölkələrdəndir.