Təkrar bələdiyyə seçkilərinə start verilib

Dünya

23.06.2019 - 11:10

10,5 milyon seçici bu gün öz seçimini edəcək

Türkiyənin ən böyük şəhəri olan İstanbulda təkrar bələdiyyə seçkiləri start götürüb.

AYNA xəbər verir ki, 10,5 milyon seçici, əsasən hakim Ədalət və İnkişaf Partiyasından namizəd Binəli Yıldırım ilə müxaliftəçi Xalq Cumhuriyyət Partiyasının namizədi Əkrəm İmamoğlu arasında seçim edəcəklər.

Qeyd edək ki, 31 mart Türkiyə Bələdiyyə seçkisinin nəticəsi İstanbulda Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilmişdir.

Müəllif: Ayna.az