ABŞ-dan Rusiyaya sərt mesaj

Dünya

06.02.2020 - 12:32

Həkimlər Klinikalar SEO Xidməti

"Rusiyanın Suriyanın şimalındakı münaqişə olmayan ərazilərdə atəşkəsi pozması yolverilməzdir"

 

“İdlibdə davam edən təhlükəli qarşıdurmaya ən qısa zamanda son qoyulmalı və Rusiya öz siyasətini dəyişdirməlidir”.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Suriyadakı xüsusi nümayəndəsi Ceyms Cefrey İdlibdəki gərginliyin artmasına münasibət bildirərkən deyib.

 

Əsəd rejiminin bölgədəki fəaliyyətlərindən narahat olduğunu vurğulayan Cefrey təkcə rusların deyil, İran və “Hizbullah” terror təşkilatınının da bu işdə fəal rol oynadığını vurğulayıb.

 

“ABŞ-ın bölgədəki mövcudluğuna etiraz etmək üçün Rusiyanın Suriyanın şimalındakı münaqişə olmayan ərazilərdə atəşkəsi pozması yolverilməzdir. Rusiya artıq buna son verməlidir”, - deyə ABŞ nümayəndəsi əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş