Eyni qadağalar Çin və Venesuelaya da şamil olunub
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, iyunun 29-dan etibarən Rusiyaya hərbi təyinatlıq məhsulların satışı məhdudlaşdırılır.
Eyni qadağalar Çin və Venesuelaya da şamil olunub. Xüsusən də, hərbi sənaye üçün lazım olan avadanlıqların satışında ciddi əngəllər yaradılıb.