Qəza zamanı azı 4 nəfər həlak olub
ABŞ-da kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
AYNA “Report”a istinadən xəbər verir ki, məlumata görə, hadisə Yuta ştatında qeydə alınıb. Qəza zamanı azı 4 nəfər həlak olub.
Hazırda hadisə yerində xilasedicilər işləyir. Qəzanın başvermə səbəbi ilə bağlı araşdırma aparılır.