Koronavirus sürətlə yayılmaqda davam edir
ABŞ-da koronavirusa yoluxanların sayı daha da artıb.
AYNA “TASS” agentliyinə istinadən bildirir ki, Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa 300 915 yoluxma halı qeydə alınıb.
Bildirilir ki, ölkədə 14 459 nəfər COVID-19 infeksiyasından sağalıb.
ABŞ-da koronavirus qurbanlarının sayı isə 8 162 nəfər təşkil edir.