ABŞ-da koronavirus qurbanlarının sayı 8,5 min nəfəri keçib

Dünya

05.04.2020 - 19:10

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus sürətlə yayılmaqda davam edir

 

ABŞ-da koronavirusa yoluxanların sayı 312 min nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

 

Qeyd edilir ki, ölkədə COVID-19 pandemiyası qurbanlarının sayı 8 503 nəfər təşkil edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxmuş 15 min insan sağalıb.  

 

Son məlumatlara görə, dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb.

 

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş