Fauci: “Təsirin nisbətinin 70-75 faiz olmasını hesab edirəm”
Koronavirusdan ən çox təsirlənən ABŞ-ın aparıcı elm adamı Entoni Fauci COVID-19-la bağlı maraqlı açıqlamalar verib. AYNA xəbər verir ki, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Fauci COVID-19 peyvəndi ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, bu günə qədər ən uğurlu peyvəndin qızılca peyvəndi olduğu məlum olub: “Qızılca peyvəndinin təsiri 97-98 faizdir. Koronavirus peyvəndində bu səviyyəyə çatsaq yaxşı olar. Ancaq bu səviyyəyə çata biləcəyimizi düşünmürəm. Təsirin nisbətinin 70-75 faiz olmasını hesab edirəm”.
“Bu nisbətin təmin edilə bilməyəcəyini və hamının koronavirus peyvəndi əldə edə bilməyəcəyini düşünsək, ABŞ-ın istədiyimiz səviyyəyə çatacağını gözləməməliyik”, - deyə Fauci vurğulayıb.