Ərdoğandan yeni hərbi əməliyyat anonsu və ərəblərə çağırış

Dünya

30.10.2019 - 17:20

Türkiyə lideri: “Vladimir Putinlə razılıq əldə olunmasına baxmayaraq, YPG hələ də ərazidən uzaqlaşmayıb”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK/YPG-yə qarşı yeni bir hərbi əməliyyat keçirməyə hazır olduqları açıqlamasını verib. AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Suriyada təhlükəsiz əraziləri genişləndirmək üçün hərəkətə keçəcəklərini deyib.

 

Türkiyə Prezidenti bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında məlumat verib: “Rusiya Prezidenti Vladimir Putinlə razılıq əldə olunmasına baxmayaraq, YPG hələ də ərazidən tam olaraq uzaqlaşmayıb”.

 

“Ərəblər də bu işdə fəallıq göstərməlidirlər. “Sülh çeşməsi” əməliyyatı çərçivəsində 4219 kilometrlik ərazidə 558 yaşayış məntəqəsi təmizlənib və 900-dən çox terrorçu zərərsizləşdirilib. Həmçinin ərəblər də Kobanini ən qısa müddətdə terrorçulardan təmizləməyə çalışmalıdırlar”, - Ərdoğan vurğulayıb.

 

“Yaxın günlərdə Rusiya ilə neft ixracının fəaliyyətinə start verəcəyik. Bu əməkdaşlıq “Sülh çeşməsi” əməliyyatının aparıldığı ərazidən 7 kilometr kənarda baş tutacaq”, - deyə o, əlavə edib.

Müəllif: Ayna.az