Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. AYNA.AZ Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
- Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
- Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
- 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində.