ABŞ Prezidenti: “Şimal dənizindəki neft Britaniyanı xilas edəcək”

Dünya

20.07.2026 - 12:39

“Şimal dənizi dünyanın ən böyük yüksək keyfiyyətli neft mənbələrindən biridir və ehtiyatları yüz illər üçün kifayətdir”

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın yeni Baş naziri Endi Börnemin Şimal dənizində neft hasilatını artırmaq planlarını dəstəkləyib. AYNA.AZ xəbər verir ki, bu barədə Tramp özünün “TruthSocial” sosial media səhifəsində yazıb.

ABŞ lideri vurğulayıb ki, “Şimal dənizi dünyanın ən böyük yüksək keyfiyyətli neft mənbələrindən biridir və ehtiyatları yüz illər üçün kifayətdir”.

“Lakin bu ehtiyatların böyük hissəsi hələ də kəşf olunmayıb. Şimal dənizindəki neft Britaniyanı "yoxsul fəlakət"dən dünyanın ən zəngin ölkələrindən birinə çevirəcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş