Konqoda Ebola epidemiyası şiddətlənməkdədir

Dünya

20.07.2026 - 21:32

Virusa yoluxma hallarının sayı son 24 saatda 77 artaraq 2344-ə çatıb

Konqo Demokratik Respublikasında (KDR) laboratoriyada təsdiqlənmiş Ebola virusuna yoluxma hallarının sayı son 24 saatda 77 artaraq 2344-ə çatıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Rabitə və Media Nazirliyinin gündəlik bülletenində qeyd edilib.

Eboladan ölənlərin sayı 930-a çatıb. Son 24 saatda 37 nəfər ölüb. Ölüm nisbəti 39,7%-dir.

Hazırda xəstəxanalarda və təcridxanalarda 724 xəstə var. Ebolaya yoluxmuş şəxslərin təmas izlənməsi nisbəti 85,8%-dir.

Ebola epidemiyası 15 mayda KDR-in şərqində və Uqandada başlayıb. Konqonun beş əyaləti epidemiyadan təsirlənib. Epidemiyanın episentri İturi əyalətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş