Yanğın bazanın içərisindəki zibilxanada başlayıb
Tokionun şimalında yerləşən Asaka Quru Özünümüdafiə Qüvvələrinin bazasında güclü yanğın baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata görə, Saytama prefekturasındakı hərbi bazadan qalın qara tüstü qalxaraq yerli sakinləri təşvişə salıb.
Asaka Hava Bazası eyni adlı şəhərdə, Saitama prefekturası ilə Tokionun Nerima rayonunun sərhədində yerləşir. 20 iyul səhəri yanğınsöndürənlər hərbi obyektdən qatı tüstü qalxması barədə məlumatlar almağa başlayıblar.
Xəbərlərə görə, yanğın bazanın içərisindəki zibilxanada başlayıb. Yanğınsöndürmə briqadaları hadisə yerinə gəliblər.
Tələfat barədə məlumat verilməyib.