ABŞ İrana qarşı növbəti zərbələr seriyasını başa çatdırıb

Dünya

20.07.2026 - 09:23

Bu, ardıcıl doqquzuncu gecə həyata keçirilən əməliyyat olub

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti hava zərbələri seriyasının başa çatdığını açıqlayıb.

AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, CENTCOM-un məlumatına görə, bu, ardıcıl doqquzuncu gecə həyata keçirilən əməliyyat olub.

Bildirilib ki, zərbələr zamanı komanda mərkəzləri, sahil müşahidə məntəqələri, hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinə aid obyektlər, raket və pilotsuz uçuş aparatlarının yerləşdiyi mövqelər vurulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş