Yaponiya nüvə silahı müzakirələrinə qadağanın aradan qaldırılmasına çağırıb

Dünya

19.07.2026 - 23:16

Müdafiə naziri: "Müxtəlif tədbirlərin müzakirəsini tənqidi düşüncə ilə və tabular olmadan irəli aparmaq lazımdır"

Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi nüvə silahı müzakirələrinə qoyulan qadağanın aradan qaldırılmasına çağırıb. AYNA.AZ xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.

Koizumi vurğulayıb ki, “bu məsələni Yaponiya üçün müzakirə etmək çətindir, lakin onu görməzdən gəlmək olmaz”.

Yaponiya müdafiə naziri bildirib: "Müxtəlif tədbirlərin müzakirəsini tənqidi düşüncə ilə və tabular olmadan irəli aparmaq lazımdır".

Daha əvvəl Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi Rusiyanın Uzaq Şərqdəki hərbi fəaliyyəti və Çinlə strateji əməkdaşlığı ilə bağlı narahatlığını bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş