Yaponiyada koronavirus vaksininin kliniki sınaqları başlayır

Dünya

17.06.2020 - 22:00

Həkimlər Klinikalar SEO Xidməti

Vaksin Osakada yaradılıb və hazırlanması tam başa çatdırılıb

 

Yaponiyanın tibb şirkətlərindən biri tərəfindən hazırlanmış koronavirusa qarşı vaksinin insanlar üzərində kliniki sınaqları iyunun 30-da başlayacaq.

 

AYNA-nın Trend-ə istinadən məlumatına görə, bu barədə Osaka prefekturasının qubernatoru Hirofumi Yosimura deyib.

 

O bildirib ki, vaksin Osakada yaradılıb və hazırlanması tam başa çatdırılıb.

 

Qubernatorun sözlərinə görə bu, koronavirus vaksininin insan üzərində keçiriləcək ilk sınaqları olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş