Bu barədə ölkənin Baş Naziri Abe Şinzo mətbuat konfransında məlumat verib
Yaponiyada mayın 6-dək bütün ölkə ərazisində fövqaladə vəziyyətin tətbiq edilməsi qərara alınıb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Abe Şinzo mətbuat konfransında məlumat verib.
Abe cəmi 7 bölgədə tətbiq olunan fövqaladə rejimin artıq bütün ölkə daxilində tətbiq edilməsinə ehtiyac olduğunu bildirib.
Qeyd edək ki, Yaponiyada Covid-19-a yoluxanların sayı 9800-ə, ölənlərin sayı 195-ə yüksəlib.