Qan müayinəsi ilə xərçəng xəstəliyi diaqnozu qoymaq mümkün olacaq
Tibb elminin inkişafı nəticəsində, sadə bir qan analizi ilə hər hansı bir əlamət və ya simptomu olmayan 50-dən çox xərçəng növünü aşkarlamaq mümkün olacaq. AYNA-nın BBC-yə istinadən məlumatına görə, mütəxəssislər ümid edirlər ki, yeni müayinə bədəndəki bədxassəli şişlərin tez aşkarlanmsına və müalicəni asanlaşdırmağa kömək edəcək.
Londonun Dana-Farber Xərçəng İnstitutu və Harvard Tibb Məktəbindən olan tədqiqatçılar Fransis Krik İnstitutundan olan həmkarları ilə birlikdə, xəstələr və sağlam insanlar üzərində 4000-dən çox nümunəni sınaqdan keçirdikdən sonra bu nəticəyə gəliblər. Nəticələrin 96%-dən çoxu dəqiq olub.
Bəs bu qan analizləri ilə necə diaqnoz qoyula bilər? Araşdırmaçılar bildiriblər ki, bədəndəki şişlərdən qan dövranına sızan hüceyrəsiz DNT genetik kodda kimyəvi dəyişikliklər axtarır və bu, diaznozu asanlaşdırır.