Oktyabrın 9-da başlayan əməliyyat nəticəsində 2 qəsəbə, 1 əyalət və 56 kənd PKK-dan təmizlənib
Türkiyə Silahlı Qüvvələri (TSQ) və Suriya Milli Ordusu (SMO) Tel Abyad şəhərinin cənubunda yerləşən Tel Antar kəndini PKK-lı terrorçulardan xilas edib.
AYNA xəbər verir ki, kəndin mərkəzi hissəsini nəzarətə götürən SMO döyüşçüləri PKK/YPG yaraqlılarını zərərsizləşdirib.
Beləliklə “Sülh çeşməsi” əməliyyatının 4-cü günündə Rasul-Ayn və Alja şəhərləri, Əl-Salihiyyə düşərgəsi, Əl-Libiyə və Təlü-Bənət təpəsi, növbəti gün isə Tel Abyad şəhəri terrorçuların əlindən alınıb.
Tel Abyad şəhərinin mərkəzində YPG/PKK terrorçularına aid xeyli sayda silah-sursat ələ keçirilib.
Qeyd edək ki, oktyabrın 9-da başlayan əməliyyat nəticəsində 2 qəsəbə, 1 əyalət və 56 kənd PKK-dan təmizlənib.
Onu da əlavə edək ki, əməliyyat nəticəsində 550 terrorçu məhv edilib və çox sayda terrorçu təslim olub.