Vuhanda məktəb və universitetlər açılıb

Dünya

06.05.2020 - 18:47

cedabet dərman SEO Xidməti

İbtidai sinif şagirdlərinin məktəbə qayıdacağı tarix hələlik dəqiqləşdirilməyib

 

Koronavirus infeksiyasının ilk yayılma nöqtəsi olan Çinin Vuhan şəhərində məktəblər açılıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, şəhərdə artıq şagirdlər məktəbə getməyə başlayıblar.

 

Sosial məsafəyə diqqət yetirən şagirdlər, bir-birindən bir neçə metr kənarda oturaraq dərslərdə iştirak ediblər.

 

Lakin orta məktəb şagirdləri və universitet tələbələri dərslərə başlasalar da, ibtidai sinif şagirdlərinin məktəbə qayıdacağı tarix hələlik dəqiqləşdirilməyib.

 

Qeyd edək ki, Çində bu günə qədər 4633 nəfər virusdan ölüb, 82 min 883 nəfər isə virusa yoluxub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş