“Dünyanın Qazaxıstan neftinə ehtiyacı var və biz tərəfdaşlarımız üçün çox etibarlı təchizatçıyıq”
Qazaxıstanın tərəfdaşları Hörmüz boğazındakı mövcud məhdudiyyətlər səbəbindən neft tədarükünü artırmağı istəyirlər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov deyib.
"Qazaxıstan hazırda öz milli maraqları naminə hərəkət edir. Bilirik ki, dünyanın Qazaxıstan neftinə ehtiyacı var və biz tərəfdaşlarımız üçün çox etibarlı təchizatçıyıq. Hörmüz boğazındakı məhdudiyyətlər fonunda tərəfdaşlarımız bizdən tədarükün artırılmasını istəyirlər", - Akkenjenov Qazaxıstanın OPEC+ öhdəliklərini necə yerinə yetirəcəyi ilə bağlı suala cavab verərkən deyib.
O tərəfdaşların "tədarükdə maksimum artım" istədiklərini qeyd edib: "Onlar maksimumu istəyirlər. Təbii ki, Qazaxıstanın hazırkı istehsal gücü daxilində infrastruktur məhdudiyyətlərimiz var".