Sexdə yanğın təhlükəsi aşkarlanıb
Bakıda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırlıb. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Mövcud vəziyyətin obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcəyi qənaətinə gəlinib.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş mebel sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.