Venesuelada baş verən zəlzələ son 120 ildə ən güclü zəlzələdir

Dünya

25.06.2026 - 16:11

1900-cü ildə baş verən zəlzələnin gücü 7,7 bal olub

Çərşənbə axşamı Venesuelada baş verən zəlzələ 1900-cü ildən bəri ölkədə baş verən ən güclü zəlzələ olub. AYNA.AZ bildirir ki, bu barədə “The New York Times” (NYT) qəzeti ABŞ Geoloji Tədqiqat arxivinin məlumatlarına istinadən xəbər verib.

1900-cü ildə baş verən zəlzələnin gücü 7,7 bal olub. Maqnituda hesablamaları zərər məlumatlarına əsaslanıb. Çünki o dövrdə mövcud ölçmə texnologiyası mövcud deyildi. 126 il əvvəl baş verən zəlzələ Karakasda 21 nəfərin ölümünə, 50 nəfərin yaralanmasına səbəb olub.

NYT-nin 18 noyabr 1900-cü il tarixinin arxivinə istinadən xəbərinə görə, təxminən 300 ev dağılıb və bir çox insan çadırlarda yaşamağa məcbur olub. Qəzet yazıb ki, kilsənin dam qüllələri uçub, hökumət binaları və universitet binası zədələnib.

Qeyd edək ki, çərşənbə axşamı Venesuelada 7,2 və 7,5 bal gücündə iki zəlzələ olub. Onların episentrləri Venesuelanın Yaracuy əyalətində bir-birindən 10 kilometr aralıda yerləşib.

Ölkə Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodrigezin sözlərinə görə, ən azı 32 nəfər həlak olub, 700 nəfər yaralanıb və onlarla bina dağılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş