"Amerika tələb etsə belə, biz Cənubi Livanı tərk etməyəcəyik"
İsrailin müdafiə naziri İsrael Katz yəhudi dövlətinin Livan mülki əhalisinin hazırda İsrail ordusunun nəzarətində olan ərazilərə qayıtmasının qarşısını almaq niyyətində olduğunu bəyan edib.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Katzın fikrincə, İsrail ABŞ tələb etsə belə, qoşunlarını Cənubi Livandan çıxarmaq niyyətində deyil.
"Amerika tələb etsə belə, biz Cənubi Livanı tərk etməyəcəyik", - deyə nazir qeyd edib.
Katz vurğulayıb ki, İsrail Livan mülki əhalisinin hazırda İsrail ordusunun nəzarətində olan ərazilərə qayıtmasının qarşısını almaq niyyətindədir: "İyirmi min insan geri qayıtmayacaq. Orada yerli sakinlər və ya terrorçular yoxdur, çünki biz təhlükəsizlik zonalarında əvvəllər baş verənlərə icazə verməyəcəyik. Mülki əhali orada olanda, əldəqayırma partlayıcı qurğular və İsrail əsgərlərinə hücumlar olurdu. Biz geri çəkilmirik".
Daha əvvəl ABŞ ilə danışıqlarda İran nümayəndələri Livanda tam atəşkəs və İsrail qoşunlarının geri çəkilməsi tələb etmiş, əks halda, Tehranın yenidən Hörmüz boğazını bağlayacağı barədə xəbərdarlıq etmişdilər.