Səudiyyə Ərəbistanı İranla müharibədən çəkinir

Dünya

30.09.2019 - 15:21

Həkimlər Klinikalar SEO Xidməti

Məhəmməd ibn Salman: “Müharibə qlobal iqtisadiyyatın çökməsinə səbəb ola bilər”

 

Səudiyyə Ərəbistanı Baş Nazirinin müavini və Müdafiə naziri şahzadə Məhəmməd ibn Salmanla ABŞ-ın dövlət katibi Mayk Pompeo İran mövzusunu müzakirə ediblər. AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, şahzadə İranın həmlələrinin müharibəyə səbəb ola biləcəyini vurğulayıb.

 

Bu barədə ABŞ-ın CBC kanalında yayımlanan “60 dəqiqə” proqramına müsahibə verən ibn Salman bildirib ki, “Saudi Aramco” şirkəti dünya neft tədarükünün 5%-nə sahibdir: “Sözügedən hücum birbaşa dünya iqtisadiyyatına zərbə vurub”.

 

Vəliəhd onu da bildirib ki, İrana qarşı hərbi əməliyyatlara ehtiyac yoxdur: “Çünki Səudiyyə ilə İran arasında müharibə baş tutsa, bu, qlobal iqtisadiyyatın çökməsinə səbəb ola bilər”.

 

Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinə hücum təşkil olunmuş və İranın dəstəklədiyi Yəmən husiləri məsuliyyəti öz üzərlərinə götürmüşdü. ABŞ və Səudiyyə Ərəbistanı bu hadisədə birbaşa İranı ittiham edir.

Müəllif: Ayna.az