“Müdafiə naziri Pit Heqset və bütün komanda hazırda bu məsələni nəzərdən keçirir”
ABŞ hakimiyyəti F-35 qırıcı təyyarələrinin Türkiyəyə tədarükü imkanını nəzərdən keçirir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın vitse-prezidenti C.D.Vens deyib. Bildirib ki, “administrasiya bu məsələ ilə bağlı Konqreslə işləyir”.
"Bilirəm ki, müdafiə naziri Pit Heqset və bütün komanda hazırda bu məsələni nəzərdən keçirir. Çünki ABŞ qanunlarına uyğunluq üçün təsdiqlənməli olan müəyyən şeylər var", - deyə Vens vurğulayıb.
O Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte arasında görüşdə iştirak edib.
Qeyd edək ki, 2019-cu ildə Türkiyəyə F-35 satışı sanksiyalarla bloklanıb. Ötən ilin mart ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında keçirilən zirvə görüşündə qırıcı təyyarələr məsələsi gündəmdə idi. O zaman Ağ Ev təyyarələrlə bağlı danışıqlara açıq olduğunu bildirmişdi. Həmin ilin dekabr ayında ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Ankaranın Amerika qırıcı təyyarələrinin alınması üçün yol açmaq məqsədilə Rusiyanın S-400 zenit-raket sistemlərindən tamamilə imtina etmək istədiyini bildirib.