Vaşinqtondan Avropa İttifaqına XƏBƏRDARLIQ

Dünya

25.06.2026 - 14:16

Qaz təchizatının dayandırılması ehtimalı var

Əgər İttifaq metan emissiyalarına nəzarəti asanlaşdırmaq üçün islahatlar həyata keçirməsə, ABŞ Avropa İttifaqına (Aİ) qaz təchizatını dayandıra bilər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ enerji naziri Kris Rayt deyib.

"Bu qaydada əhəmiyyətli islahatlar aparılmasa, Avropa ciddi çətinliklərlə üzləşəcək və bu, tamamilə lazımsızdır. Bu, eskalasiya deyil. Enerjimiz axacaq, sadəcə başqa yerə axacaq", - deyə o “Bloomberg”ə bildirib.

Eyni zamanda qeyd olunur ki, Avropa Enerji Komissarı Den Yorgensen əvvəllər ABŞ və digər qaz ixracatçılarının metan emissiyası qaydalarını yenidən nəzərdən keçirmək üçün təzyiqlərinə müqavimət göstərəcəyinə söz verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş