ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb

Dünya

29.01.2021 - 03:47

Ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb 

 

Dünyada COVID-19-a yoluxanların sayı 100,45 milyon nəfəri ötüb. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

 

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 100 455 529 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 166 440 insan ölüb.

 

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 562 001 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 16 061 pasiyent təhlükəli infeksiyadan ölüb.

 

Son 24 saat ərzində infeksiyaya yoluxanların 48 faizdən çox Şimali və Cənubi Amerikada (274 335), daha sonra Avropada (209 786), ardından isə Cənub-Şərqi Asiyada (26 530) qeydə alınıb.

Müəllif: Ayna.az