Ukraynada koronavirusa yoluxanların sayı artıb

Dünya

17.06.2020 - 13:44

Həkimlər Klinikalar SEO Xidməti

Ən çox xəstə Lvov vilayətində qeydə alınıb

 

Ukraynada son sutkada koronavirusa 758 yoluxma faktı qeydə alınıb, 31 nəfər ölüb, 171 nəfər isə sağalıb. AYNA Ukrayna mətbuatına istinadən xəbər verir ki, son sutka ərzində ölkədə ən çox xəstə Lvov vilayətində qeydə alınıb.

 

Bununla da Ukraynada koronavirusa yoluxanların sayı 33 min 234 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 943 nəfərdir. Yoluxanlardan 15 min 471-i müalicə olunaraq evə buraxılıb. Hazırda Ukraynada 17 min 763 nəfər koronavirusdan müalicə alır.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş