Uhandakı araşdırmalarla bağlı ilk <font color=red> AÇIQLAMA</font>

Dünya

10.02.2021 - 01:29

Virusun laboratoriyadan yayılması ilə bağlı iddialar da cavablandırılıb

 

Koronavirusun ilk dəfə aşkarlandığı Uhana gedən Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri apardıqları araşdırmaların nəticələrini açıqlayıblar.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, ÜST-ün açıqlamasına görə, koronavirusun köklərini müəyyənləşdirməyə yönəlmiş araşdırmalar nəticəsində məlum olub ki, pandemiyanın kökləri heyvana işarət eləmir və 2019-cu ilin dekabrından əvvəl bölgədə virusa rast gəlinməyib.

 

ÜST mütəxəssisləri virusun laboratoriyadan yayılması ilə bağlı iddiaları da cavablandırıb. Onlar bu iddiaları tamamilə əsassız adlandırıblar.

 

Bundan başqa, bildirilib ki, heyət yeni məlumatlar üzə çıxarıb. Ancaq bu məlumatlar pandemiyanın ümumi mənzərəsini dəyişmir.

Müəllif: Ayna.az