Hollandiyada toy karvanları ilə bağlı yeni qayda tətbiq olunacaq

Dünya

20.09.2019 - 22:27

Toy karvanında baş verən qayda pozuntularına görə toy sahibi məsuliyyət daşıyacaq

 

Hollandiyada toy karvanlarına sanksiya tətbiq olunub. AYNA xəbər verir ki, artıq evlənmək istəyən cütlüklər toyları haqqında 6 həftə əvvəl bələdiyyələrə məlumat vermək məcburiyyətində qalacaqlar.

 

Almaniya və Belçikada toy karvanlarında havaya atəş açılması nəqliyyat sistemində problem yaradıb və mübahisəyə səbəb olub. Hollandiya hökuməti isə bununla bağlı sanksiya tətbiq edəcəyini bildirib. 

 

Belə ki, 2020-ci il yanvarın 1-dən Rotterdam bələdiyəsi yeni qərarın tətbiq olunacağını bildirib. Tətbiq nəticəsində toy edənlər avtomobil və insan sayı haqqında bələdiyyələrə məlumat verəcək. Toy karvanında baş verən qayda pozuntularına görə isə toy sahibi məsuliyyət daşıyacaq. Qayda pozuntu zamanı toy sahibinə karvanda iştirak edən adam sayına görə pul cəzası tətbiq oluncaq. 

 

Müəllif: Mərahim Nəsib