“Twitter”in işində problem yaranıb

Dünya

27.08.2020 - 01:39

Həkimlər Klinikalar SEO Xidməti

Nasazlıqlardan ən çox Almaniya, Böyük Britaniya, ABŞ və Çexiyada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər

 

Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

 

AYNA xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

 

Qeyd edilir ki, nasazlıqlardan ən çox Almaniya, Böyük Britaniya, ABŞ və Çexiyada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər.

 

Xidmətin məlumatına görə, istifadəçilərin bir hissəsi saytın işində nasazlıqların olmasından gileylənirlər. Daha 21% istifadəçi “iPhone” və ya “iPad”-ın proqramlarında problemlərlə qarşılaşıb.

 

İstifadəçilərin 9%-i “Android” proqramlarında sosial şəbəkəyə daxil ola bilmədiklərini bildiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş