Elazığda yenidən zəlzələ olub
Türkiyənin Elazığ şəhərində bu gün baş vermiş 4,5 bal gücündə zəlzələ nəticəsində yaşayış binası çöküb.
AYNA “Report”a istinadən xəbər verir ki, altımərtəbəli bina daha öncəki zəlzələ zamanı zərər gördüyünə görə boşaldılmışdı.
İlkin məlumata görə, çökmə nəticəsində ölən və yaralanan olmayıb.