Koronavirus can almaqda davam edir
Türkiyədə son sutkada koronavirusdan daha 17 ölüm qeydə alınıb.
AYNA xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Onun sözlərinə görə, ölkədə koronavirus qurbanlarının sayı 5 167 nəfərə çatıb.
Bu gün koronavirusa 1 186 yeni yoluxma aşkarlanıb. Bununla da Türkiyədə COVID-19 xəstələrinin sayı 202 284 nəfərə yüksəlıb.
Nazir qeyd edib ki, son sutka ərzində 1 543 pasiyent sağalaraq evə buraxılıb. Beləliklə, Türkiyədə koronavirusdan sağalanların sayı 176 695 nəfərə çatıb.