Türkiyədə karantin rejimi sərtləşdirilib

Dünya

18.11.2020 - 00:39

Həftə sonları küçələrə çıxmaq məhdudlaşdırılacaq

 

Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib.

 

AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.

 

O qeyd edib  ki, əgər yoluxma halları belə davam edərsə, hamı üçün ağır nəticələrə gətirib çıxaracaq.

 

“Bununla əlaqədar olaraq həftə sonları saat 10:00-20:00 arası istisna olmaqla, küçələrə çıxmaq məhdudlaşdırılacaq. Məktəblər ilin sonuna qədər onlayn olaraq davam edəcəklər", - deyə Ərdoğan çıxışında bildirib.

Müəllif: Ayna.az