Türkiyədə COVID-19 qurbanlarının sayı artıb

Dünya

10.07.2020 - 21:19

Son sutka ərzində koronavirusa daha 1 003 nəfər yoluxub

 

Bu gün Türkiyədə koronavirusdan 23 nəfər ölüb.

 

AYNA xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 323-ə çatıb. 

 

Son sutka ərzində koronavirusa daha 1 003 nəfər yoluxub. Beləliklə Türkiyədə COVID-19-a yoluxanların ümumi sayı 210 965 nəfərə yüksəlib.

 

Son sutkada Türkiyədə 1 493 nəfər koronavirusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 191 883 nəfərə yüksəlib.

Müəllif: Ayna.az