Hazırda koronavirus xəstələrinin ümumi sayı 186 493 nəfərdir
Bu gün Türkiyədə daha 22 nəfər koronavirusdan ölüb.
AYNA xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
O, qeyd edib ki, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 927 nəfərə çatıb.
Son bir gündə Türkiyədə koronavirusa daha 1 248 yoluxma qeydə alınıb. Hazırda koronavirus xəstələrinin ümumi sayı 186 493 nəfərdir.
Nazir bildirib ki, son sutkada 1 312 koronavirus xəstəsi sağalıb. Beləliklə, ölkədə koronavirusdan sağalanların ümumi sayı 158 828 nəfərə çatıb.