Ukrayna Rusiyanın tankerini əsir aldı

Dünya

30.07.2019 - 22:48

Həkimlər Klinikalar SEO Xidməti

"Biz bunu etdik"

 

Ukrayna məhkəməsi Rusiyanın “Neyma” tankerinə həbs qoyub. AYNA “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın hərbi prokuroru Anatoli Matios bildirib. Onun sözlərinə görə, gəmiyə axtarış zamanı götürülmüş sənədlərlə birgə həbs qoyulub.

 

“Biz bunu etdik. Nöqtə!”, – deyə Matios bildirib.

 

 

Xatırladaq ki, iyulun 25-də Ukrayna Təhlükəsizlik Xidməri Kerç boğazında sonradan adı “Nika Spirit”ə dəyişdirilən “Neyma” tankerini ələ keçirib. Tanker Ukrayna gəmilərinə maneə törətməsi iddiası ilə saxlanılıb.

Müəllif: Ayna.az