Son sutkada daha 1 542 nəfər COVID-19-a yoluxub
Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb. AYNA qardaş ölkə mətbuatına istinadən bildirir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazir qeyd edib ki, son 24 saatda daha 1 542 nəfər koronavirusa yoluxub. Bununla yanaşı daha 47 nəfər koronavirusdan vəfat edib.
Beləliklə, ölkədə koronavirusdan ölənlərin sayı 3 min 786 nəfərə çatıb. Türkiyədə COVID-19-a ümumilikdə 138 min 657 nəfər yoluxub.