Türkiyə ordusu şəhid verib

Dünya

27.06.2020 - 05:07

Əməliyyat zamanı 2 terrorçu zərərsizləşdirilib

 

Türkiyənin Milli Müdafiə Nazirliyinin İraqın şimalında keçirdiyi “Pençe–Kartal” (Qartal pəncəsi) əməliyyatı çərçivəsində baş verən atışma zamanı 1 türk əsgəri şəhid olub.

 

AYNA Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı 2 terrorçu zərərsizləşdirilib.

 

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri artıq bir neçə həftədir İraqda “Pençe–Kartal” (Qartal pəncəsi) əməliyyatı keçirir.

Müəllif: Ayna.az