“Freedom House” yeni hesabatını təqdim edib
“Freedom House” beynəlxalq araşdırma mərkəzi demokratiya, insan hüquqları və siyasi azadlıqlarla bağlı yeni hesabatını təqdim edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hesabatda Türkiyə “azad olmayan ölkələr” kateqoriyasında ikinci pillədə qərarlaşıb.
“Demokratiya naminə mübarizə” adlı hesabatda 195 ölkə yer alıb ki, onlardan 83-ü "azad", 63-ü "qismən azad", 49-u isə "azad olmayan" kimi təqdim edilib. Bundan əlavə, ötən illə müqayisədə azad ölkələrin sayı üç dəfəyə qədər azalıb. Belə ki, “qismən azad ölkələr” 2%, “azad olmayan ölkələr” isə 1% artıb.
Hesabata əsasən, Türkiyə keçən il də olduğu kimi bu il də "azad olmayan ölkələr" kateqoriyasında yer alıb. 49 ölkə arasında azadlığın ən çox boğulduğu 10 ölkə isə Tacikistan, Liviya, Somali, Səudiyyə Ərəbistanı, Ekvador, Qvineya, Şimali Koreya, Türkmənistan, Cənubi Sudan, Eritreya və Suriya olub.