Netanyahu onu ölümlə hədələyən “Facebook” istifadəçisini tutdurdu

Dünya

06.11.2019 - 04:39

Netanyahunu ölümlə hədələyiblər 

 

İsrail polisi Baş Nazir Benyamin Netanyahunu ölümlə hədələyən “Facebook” istifadəçisini tutub.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Netanyahu özü hüquq-mühafizə orqanlarına müraciət edərək təhdid olunduğunu bildirib. “Tsvika Sabaq” ləqəbli istifadəçi “Facebook”da status yazaraq Netanyahunun və ailə üzvlərinin fotolarını paylaşaraq polisdən “Baş Nazirin dəfni üçün nəqliyyatı idarə etməyi” xahiş edib.

 

İsrail polisinin kibertəhlükəszilik şöbəsinin əməkdaşları Baş Nazirin müraciətindən sonra “Tsvika Sabaq”ı yaxalayıb.

 

Müəllif: Ayna.az