Tripolidə partlayış: ölənlər və yaralılar var

Dünya

11.06.2020 - 06:45

Tripolidə ölümlə nəticələnən partlayış olub

 

Liviyanın paytaxtı Tripolinin müxtəlif yerlərində bir neçə partlayıcı qurğunun işə düşməsi nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə “Liviya24” kanalına Milli Barışıq Hökumətinin Səhiyyə Nazirliyi tərəfindən bildirilib.

 

Nazirliyin sözçüsü əl-Amin əl-Haşiminin sözlərinə görə, çərşənbə günü Tripolinin müxtəlif ərazilərində mina partlaması nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

 

Hadisənin təfərrüatları barədə hələlik məlumat verilməyib.

Müəllif: Ayna.az