Tramp: “İmkan verək, Suriya ilə Türkiyə özü döyüşsün”

Dünya

06.03.2020 - 13:49

Həkimlər Klinikalar SEO Xidməti

Donald Tramp: "Müharibədən yorulmuşuq"

 

ABŞ Prezidenti Donald Tramp prezident seçkiləri ilə əlaqədar olaraq seçicilərin və jurnalistlərin suallarını cavablandırıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri görüş əsnasında Türkiyə-Suriya münaqişəsi ilə bağlı sualları da cavablandırıb.

 

“Suriya ilə Türkiyə arasındakı sərhədi biz də qoruyurduq. Amma bunu etməyin lazımsız olduğunu bilirik. İmkan verin, biri- biri ilə döyüşsünlər. Biz qarışa bilmərik”, - deyə Tramp bildirib.

 

ABŞ Prezidenti bununla yanaşı “Taliban” və ABŞ arasındakı münqaişəyə də münasibət bildirib: ““Taliban”la sülh müqaviləsinə imza atmışıq. 20 ildir ki, bölgədə fəaliyyət göstəririk. Lakin artıq müharibə istəmirik”.

 

““Talibanın” həqiqətən sülh içində yaşamaq istədiyinə inanıram. Onlar da, biz də döyüşməkdən yorulmuşuq. Onların işi döyüşməkdir və uzun illərdir ki, bu işi görürülər. Məhz SSRİ-ni Rusiya edən də Əfqanıstan olmuşdu”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş