Tərəflərin ilk dəfə üz-üzə gələcəyi bildirilib
Sudanın yeni iqtidarı müxalifətlə görüşməyi qəbul edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hər iki tərəfin gün ərzində görüşməsi ehtimal olunur.
Eks-prezident Ömər-Əl Bəşirin hərbi çevriliş nəticəsində devrilməsindən sonra, tərəflərin ilk dəfə üz-üzə gələcəyi bildirilib.
Qeyd edək ki, korrupsiya ittihamı ilə üzləşən Bəşirin, birinci günü məhkəməyə çıxacağı gözlənilir.