İdmançımız kiçik çaplı tapançadan 25 metr məsafəyə atışda 587 xal hesabı ilə 1-ci yerə layiq görülüb
Sentyabrın 23-də İtaliyanın Bolonya şəhərində güllə atıcılığı üzrə Avropa çempionatı keçirilib. 20-dən çox ölkədən 47 idmançının mübarizə apardığı yarışda Azərbaycanı dünya kubokunun 3-cüsü Ruslan Lunev təmsil edib.
Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, idmançımız kiçik çaplı tapançadan 25 metr məsafəyə atışda 587 xal hesabı ilə 1-ci yerə layiq görülüb.
Qeyd edək, Ruslan 22 sentyabr tarixində güllə atıcılığının 25 metr məsafəyə 5 hədəfə atışında 580 xal toplayaraq 5-ci yerə layiq görülüb və Tokio 2020 Olimpiya Oyunlarına lisenziya qazanıb.