Bu barədə klubun "Facebook" səhifəsində məlumat yerləşdirilib
Təbrizin futbol klubu "Traktor Sazi" öz adını dəyişib. AYNA xəbər verir ki, bu barədə klubun "Facebook" səhifəsində məlumat yerləşdirilib. Məlumatda "Sazi" fars sözü çıxarılaraq "Azərbaycan" adı ilə əvəz olunub. Bundan sonra klub "FC Traktor Azerbaijan" adını daşıyacaq.
"Traktor Sazi" 1970-ci ildə traktor istehsal edən İran şirkətinin təsisçiliyilə yaradılıb, 2011-ci ildən isə müstəqil komanda kimi fəaliyyət göstərir.