Təhsil krediti alacaq tələbələrə xəbər var

Cəmiyyət

27.07.2021 - 19:42

Həkimlər Klinikalar SEO Xidməti

Onlardan girov və zaminlik tələb olunmayacaq

 

Təhsil tələbə kreditlərinin verilməsi Təhsil Tələbə Krediti Fondu ilə müvəkkil bank arasında bağlanılacaq baş sazişə uyğun olaraq tələbələrlə bağlanılmış kredit müqavilələri əsasında təhsil müəssisələrinə köçürüləcək.

 

AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsadiqlədiyi “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası”nda əksini tapıb.

 

Qaydaya əsasən, tələbələrdən girov və zaminlik tələb olunmur və təhsil tələbə kreditləri sığortalanır. Təhsil tələbə krediti üzrə kreditin maksimal məbləğini və kredit faizlərini Fondun Himayəçilik Şurası təsdiq edəcək. Qaydada təhsilin keyfiyyətinin stimullaşdırılması məqsədi ilə güzəştlər sistemi də nəzərdə tutulub. Təhsil tələbə krediti üzrə müraciətlərin edilməsi, qeydiyyatı, tələbənin statusunun və hüququnun müəyyən edilməsi və sair əməliyyatlar bu məqsədlə yaradılan elektron informasiya sistemi vasitəsi ilə həyata keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş