Beş jurnalist Həsən bəy Zərdabi mükafatına layiq görülüb

Cəmiyyət

19.07.2019 - 17:29

AJB bəzi media nümayəndələrini mükafatla təltif edib

 

Azərbaycan Jurnalistlər Birliyinin (AJB) katibliyi mətbuatda, tele-radioda, eləcə də elektron mediada peşəkar çıxışları ilə diqqət çəkən bir qrup jurnalisti 2019-cu il üçün Həsən bəy Zərdabi mükafatı ilə təltif edib.

 

AJB-dən AYNA-ya verilən məlumata görə, Şahin Hacıyev Ermənistandan hazırladığı reportajlarına, Kamran Mahmudov media problemləri ilə bağlı araşdırmalarına, Dilqəm Əhməd Cümhuriyyət tarixi ilə bağlı araşdırmalarına, Rəna İbrahimova ARB Aran kanalında (Yevlax) apardığı sosial tok-şoularına və Orxan Fikrətoğlu müəllif proqramlarına görə Zərdabi mükafatına layiq görülüblər.

Müəllif: Ayna.az