Azərbaycanlılar Türkiyədən deportasiya edilir? - <font color=red> RƏSMİ CAVAB</font>

Cəmiyyət

20.09.2019 - 02:35

Erkan Özoral : "Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması ilə bağlı xəbər doğru deyil"

 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün bəzi xəbər saytlarında Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiyasına başlanmasına dair yayılan xəbərlərə münasibət bildirib.

 

AYNA-nın məlumatına görə, səfir "Report"a açıqlamasında deyib ki, həmin xəbərlər həqiqəti əks etdirmir: “Bu gün bəzi xəbər saytlarında Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması ilə bağlı xəbər doğru deyil. 

 

Türkiyədə yaşayan azərbaycanlıların problemləri ilə bağlı məsələ iki gün əvvəl Bakıda Azərbaycanın Baş naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuad Oktayın sədrliyi ilə keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında müzakirə olunub və problemlərin həlli üçün lazımi addımların atılması barədə qərar qəbul edilib". 

 

Müəllif: Ayna.az